09 dekabr 2021 19:53
949

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İraqın şimalında 3 türk hərbçisinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

“İki sahil” xəbər verir ki,  bununla bağlı Müdafiə Nazirliyi “Twitter”də paylaşım edib.

Başsağlığında deyilir: “Pençe-Yıldırım" əməliyyat zonasında xaincəsinə həyata keçirilən terror hücumu nəticəsində şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır! Allah rəhmət eləsin!”.