06 dekabr 2021 12:08
948

Azad edilmiş ərazilərdə nə qədər mina aşkarlanıb?

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

“İki sahil” xəbər verir ki,  ANAMA-dan məlumata görə, 29 noyabrdan 4 dekabra qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 3 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 19 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 70 hektar ərazi mina və PHS-lərdən təmizlənib.