05 dekabr 2021 01:30
1099

Xocavənddə daha bir erməni əsgərin cəsədi tapılıb

İşğaldan azad olunan ərazilərdə daha bir erməni hərbçisinin cəsədi tapılıb.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfinin birgə axtarış qrupu müharibədən qalan 1 erməni əsgərinin cəsədini Xocavənddə aşkarlayıb. Cəsəd ermənilərə təhvil verilib.