03 dekabr 2021 15:27
845

DSX rəhbərliyi helikopter qəzasında həlak olmuş zabitin məzarını ziyarət edib FOTO

Dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş baş leytenant Nağıyev Fərid Təyyar oğlunun məzarını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Ailəsinin arzusu ilə Beyləqan rayonunda dəfn edilmiş hərbi qulluqçunun əziz xatirəsi ehtiramla yad edilib, məzarına gül dəstələri qoyulub.

Sonra hərbi qulluqçunun ailəsinə baş çəkilib və baş sağ­lığı verilib.