DSX-nin qəzaya uğramış helikopter qəzasından sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib.
“İki sahil” xəbər verir ki, “onlar “REAL TV”yə danışıb.
Hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov bunları deyib: “Enişin yerinə yetirilməsində qəza baş verdi. Helikopterə yerə yıxılandan ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopter desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin giriş yanında idim. Heç bir şübhəli məqam yox idi”.