30 noyabr 2021 19:41
927

Yaralıların səhhətləri normaldır

Elçin Quliyev helikopter qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb

Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalındadır.

“İki sahil” xəbər verir ki,  bu barədə DSX rəisi general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib.

DSX rəisi bildirib ki, yaralıların hər ikisi ilə telefon əlaqəsi yaradıb, onların səhhətləri normaldır: “Onların sağlamlığının bərpa olunması üçün həkimlərimiz tərəfində zəruri tədbirlər görülməkdədir”.