30 noyabr 2021 16:11
1387

Helikopter qəzası: 14 nəfər həlak olub, 2 nəfər yaralanıb

"“Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib".

Bunu "İki sahil"ə Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.

DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində həlak olanlar və yaralananlar var: "Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb".