30 noyabr 2021 14:23
847

Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" hesabında paylaşım edib.

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar arzulayır, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik", - deyə qeyd olunub.