Türkiyə Silahlı Qüvvələrinin Ermənistanın işğalından azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların (PHS_ aşkarlanmasına verdiyi dəstək davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MN) bülletenində bildirilib.
Qeyd olunub ki, işğaldan azad edilmiş torpaqlarda Türkiyə və Azərbaycan tərəfindən 128 kvadrat kilometr ərazi mina və PHS-lərdən təmizlənib.
“Bundan əlavə, mina və digər partlayıcıların təmizlənməsi çərçivəsində 1025 nəfərə təlim keçilib”, - məlumatda deyilir.