29 noyabr 2021 11:59
725

Əri sağlamdırsa, qadın niyə onun corabını geyindirməlidir? VİDEO

Əməkdar artist Rəhman Rəhman corablarını ona həyat yoldaşının geyindirdiyini etiraf edib.

“İki sahil” xəbər verir ki,  bu barədə o, “Elgizlə izlə” proqramında danışıb.

“Mənə belə baxırlar”, - deyə Rəhman əlavə edib.  

Onun bu sözlərini aparıcı Elgiz Əkbər dəstəkləsə də, digər ekspert Şəfiqə Nağıyevanı özündən çıxarıb: “Əri sapsağlamdırsa, qadın niyə corabını geyindirməlidir?! Qadına hörmət etmək lazımdır”.

Verilişin iki həftə əvvəl efirə getməsinə baxmayaraq, aktyorun sözləri bu günlərdə sosial şəbəkənin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.