Azərbaycanın səfiri Elnur Sultanov Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabrikslə görüşüb.
“İki sahil” xəbər verir ki, səfir bu barədə “Twitter”də bildirib.
Görüşdə Azərbaycan və Latviya arasında müdafiə sahəsində əməkdaşlığın gündəliyi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.