Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Gender əsaslı ayrı-seçkilik iş həyatında da peşəkar yanaşma deyil" mövzusunda videoçarx hazırlayıb.
“İki sahil” xəbər verir ki, nazirlikdən verilən məlumata görə, milli qanunvericilik gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmaları özündə əks etdirir. Əmək və məşğulluq sahəsində də qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilir. Belə hala yol verən işəgötürən isə buna görə qanunla məsuliyyət daşıyır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanaraq təqdim edilən yeni videoçarx bu aktual mövzuya həsr edilib. Videoçarx gender əsaslı ayrı-seçkiliyin iş həyatında da peşəkar yanaşma və müəssisə üçün səmərəli olmadığı mesajını çatdırır.
Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub
“İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV Elmi-praktik konfransı keçirilib