22 noyabr 2021 16:37
918

Efirin gözlənilməz qonağı VİDEO

Gürcüstanın “Kavkasiya” telekanalında yayımlanan siyasi veriliş zamanı maraqlı hadisə yaşanıb. Belə ki, efirə pişik daxil olub və fasilənin yaranması ilə nəticələnib.

“İki sahil” “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, “Kakuça” adlı pişik verilişin aparıcısı David Akubariya qonağı Qedevan Popxadze ilə söhbət apararkən masanın üzərinə tullanıb. 

Aparıcı və qonağın təbəssümünə səbəb olan pişik bir müddət efirdə qalıb. Bu hadisə “Əl-Cəzirə” də daxil olmaqla dünya mediasının marağına səbəb olub.