21 noyabr 2021 17:18
1200

ABŞ Azərbaycana daha 30 minaaxtaran it verəcək

Bugünə qədər ABŞ-ın Marşal İrsi İnstitutu Azərbayacana 40 xilasedici minaaxtaran it hədiyyə edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“İtlər mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunub və 30 milyon kvadratmetrdən çox ərazini təmizləyiblər.

Növbəti 1,5 il ərzində ANAMA-ya minatəmizləmə işlərində kömək etmək üçün əlavə xilasedici minaaxtaran 30 it hədiyyə ediləcək”, - səfirliyin məlumatında deyilir.