19 noyabr 2021 12:45
933

Miqrantlar sərhədi keçməyə cəhd ediblər VİDEO

Polşa-Belarus sərhədində toplaşan miqrantlarla bağlı insidentlər səngimir.

“İki sahil” xəbər verir ki,  Polşanın milli müdafiə naziri Mariuş Blaşak bildirib ki, gecə miqrantlar ölkə sərhədini qanunsuz keçməyə dair bir neçə cəhd ediblər.

Qeyd edək ki, Polşa sərhədçiləri il ərzində Polşa-Belarus sərhədini qanunsuz keçməyə dair 35 mindən çox cəhdin qarşısını alıb. İki ölkə arasında sərhəddəki vəziyyət noyabrın 8-i kəskin pisləşib. Belə ki, sərhədə minlərlə miqrant axışıb. Sözügedən miqrantlar mütəmadi olaraq qrup şəklində maneələri aşaraq Polşa ərazisinə keçməyə çalışırlar. Bu cəhdlərin əksəriyyətinin qarşısı alınır.