19 noyabr 2021 12:42
923

Basqal-Sulut avtomobil yolunun inşası rahat gediş-gəlişi təmin edib - VİDEO

İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş Basqal-Sulut avtomobil yolu rahat gediş-gəlişi təmin etməklə yanaşı, əhatə etdiyi 11 yaşayış məntəqəsində kənd təsərrüfatı və turizmin inkişafına, yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildirilib ki, başlanğıcını respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci kilometrindən götürən Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin 2020-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq AAYDA tərəfindən aparılıb.

AAYDA-nın hər daşında, hər qayasında tarixin izi qalan, qədim abidələri, sərin bulaqları, səfalı meşələri, cənnət təbiəti ilə ilin hər fəslində gözəl olan, Azərbaycanın dilbər guşələrindən sayılan İsmayıllı rayonunun ən qədim kəndlərinə müasir və rahat Basqal-Sulut yolundan hazırladığı filmi təqdim edirik