18 noyabr 2021 15:35
1075

Tovuz istiqamətindəki mövqelərimiz növbəti dəfə atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

"İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib ki, cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.