17 noyabr 2021 11:17
1175

Ermənistan: 13 hərbçi əsir düşüb, 24 hərbçidən məlumat yoxdur

Ermənistanın Müdafiə Nazirliyi (MN) dünən Azərbaycan ilə sərhəddə baş vermiş hərbi toqquşma zamanı verdikləri itkilər barədə məlumat açıqlayıb.

“İki sahil” xəbər verir ki, noyabrın 17-si səhər saatlarına olan məlumata görə, 1 hərbçi ölüb, 13 hərbçi əsir düşüb, daha 24 hərbçinin taleyi barədə heç bir məlumat yoxdur.

İtkin düşmüş hərbçilərin tapılması istiqamətində intensiv işlər aparılır. Məlumatda həmçinin 2 hərbi postun Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunur.