16 noyabr 2021 15:22
1301

Erməni KİV: 6 erməni hərbçisi əsir götürülüb

Azərbaycan Ordusu 6 erməni hərbçini əsir götürüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiq etməsə də, hərbi mənbələr təsdiqləyib.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında da erməni hərbçilərin tərk-silah edildiyi, külli miqdarda silah-sursatın qənimət kimi götürüldüyü bildirilirdi.