16 noyabr 2021 12:55
793

Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı əli tutmaldır- Akar

Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi” tarixi bir addımdır.

“İki sahil” xəbər verir ki,   bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Milli Məclisində (TBMM) gələn ilin büdcə müzakirələri zamanı bildirib.

“Şuşa Bəyannaməsi sadəcə iki ölkənin yox, bütün Qafqazın inkişafı və sabitliyi üçün də böyük əhəmiyyət daşıyır. Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı sülh və dostluq əlini tutmalı, “altılıq platforması” təklifimiz daxil olmaqla fürsətləri yaxşı dəyərləndirməlidir. “İki dövlət, tək millət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın yanlarında olacağıq”.