16 noyabr 2021 12:53
750

Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsinə dəstək verir

“Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil məsələlərinə dəstək verir”.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Milli Məclisində (TBMM) gələn ilin büdcə müzakirələri zamanı bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə mina və PHS-lərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində müştərək fəaliyyət də davam etdirilir.