15 noyabr 2021 11:30
843

İranın qadın komandasının qapıçısı kişi içıxdı: FİFA-ya şikayət edilib

Qadınlar arasında Asiya kuboku-2022-nin seçmə mərhələsində keçirilən İordaniya - İran matçında qəribə hadisə baş verib.

“İki sahil” xəbər verir ki, İordaniya Futbol Federasiyası sözügedən maçtda iştirak edən İran millisinin qapıçısının qadın yox, kişi olduğu ilə bağlı FİFA-ya şikayət edib. İnternetdə sözügedən qapıçının çadrasının başından açıldığı formada şəkili yayılıb.

Qeyd edək ki, İran millisinin qolkiperi 4:2 hesabı ilə qalib gəldikləri penaltilər seriyasında qurtarışları ilə yadda qalıb.