14 noyabr 2021 22:32
742

Neymar təhqirə məruz qalan futbolçuya dəstək olub

Braziliya millisinin və Fransa PSJ-sinin futbolçusu Neymar ölkəsinin "Santos" klubunda çıxış edən Bruninyoya dəstək olub.

"İki sahil" xəbər verir ki, 29 yaşlı hücumçu sosial şəbəkələrdə təhqirlərə məruz qalmış azyaşlı oyunçuya imzalı formasını hədiyyə edib.

Bruninyo ulduz futbolçunun bu hərəkətindən sonra göz yaşlarını saxlaya bilməyib.