Erməni terrorçu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə Trend məlumat yayıb.
Qeyd edilib ki, Daşaltı kəndində erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta əl qumbarası ilə hücum edib. Videodan göründüyü kimi heç bir hərbçimiz ağır xəsarət almayıb.
Artıq hadisəni törədən erməni terrorçu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.