10 noyabr 2021 12:22
834

Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  məlumatda bildirilir: "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru vəzifəsində xidmət edən polkovnik-leytenant İlham Behbudov Müdafiə nazirinin müvafiq əmrinə əsasən 2021-ci il fevralın 12-dən "Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi"nə görə ehtiyata buraxılıb. 

Hazırda qəzetə rəhbərlik baş redaktorun müavini vəzifəsinə təyin olunan kapitan Məhəmməd Nəsirliyə həvalə edilib.