09 noyabr 2021 13:40
820

Müdafiə naziri: Azərbaycan Ordusunun gələcəkdə də böyük planları var

“Azərbaycan Ordusunun çox saylı hərbi qulluqçuları Türkiyədə təlim keçir”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib.

“Hərbi qulluqçularımız Türkiyədə təlim keçəndən sonra Azərbaycana qayıdıb, ən mühüm birləşmələrdə xidməti davam etdirir. Bizim gələcəkdə də böyük planlarımız var”, - o bildirib.