08 noyabr 2021 12:36
1253

Türkiyə MN Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Nazirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib.

“Tək Vətən Hərəkatı" ilə işğal edilmiş torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya göstərən nəcib Azərbaycan türkü qardaşlarımızın 8 Noyabr - Zəfər Gününü təbrik edirik. Türkiyə və Azərbaycan “Tək millət, iki dövlət” kimi əbədiyyən bir və bərabər olacaq”, - paylaşımda bildirilib.