08 noyabr 2021 11:57
775

Bakıda Türkiyənin "Mehteran Birliyi" hərbi orkestrinin konserti keçirilir

8 Noyabr - Zəfər Günü çərçivəsində Dənizkənarı Bulvarda Türkiyənin "Mehteran Birliyi" hərbi orkestrinin konserti keçirilir.

“İki sahil” xəbər verir ki,  konsert çərçivəsində vətənpərvərlik ruhunda müxtəlif əsərlər səsləndirilir. Konserti izləmək üçün yüzlərlə insan gəlib.

Qeyd edək ki, tədbir "YAŞAT" Fondunun təşəbbüsü ilə təşkil olunan Zəfər Yarmarkasında keçirilir. Oktyabrın 29-dan başlayan Zəfər Yarmarkası sabah başa çatacaq.