08 noyabr 2021 10:48
743

Zəfər Gününü qardaş türk xalqı ilə birgə qeyd edirik- Zakir Həsənov

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbədə Türkiyənin dəstəyinə görə təşəkkürünü çatdırıb.

“İki sahil” xəbər verir ki,  Z. Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertindən əvvəl çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyənin siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü bildirib.

Bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırılıb.