Tarixi Zəfərin qələbələrlə dolu hər anı
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu Ələsgərli, Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilan rayonunun Keçikli, Ördəkli kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır.
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Xocavənd rayonunun Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağaverd, Böyük Tağaverd, Zərdanaşen, Şexer, Xocalı rayonunun Şuşakənd, Muxtar, Daşaltı, Füzuli rayonunun Aşağı Güzdək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilan rayonunun Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2 300 metr), Sığırt yüksəkliyini (1 370 metr), Şükürataz yüksəkliyini (2 000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayıl rayonunun Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlı rayonunun Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçın rayonunun Güləbird, Səfiyan, Türklər kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır.