03 noyabr 2021 17:38
1008

Azərbaycan Ali Hərbi Məktəbin orkestr heyəti Türkiyəyə yola düşüb

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri "Zəfər Günü"nün ildönümü münasibətilə Türkiyədə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün Ankaraya yola düşüb.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi orkestrin heyəti polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərliyi ilə Ankara şəhərində konsert proqramları ilə çıxış edəcək.