03 noyabr 2021 00:28
1268

Azərbaycan bu ölkədən qırıcılar alacaq? - FOTO

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcı təyyarələrini almaqda maraqlıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.

O, söhbətin “Block 3” modifikasiyasından getdiyini qeyd edib.

Hərbi attaşe Azərbaycanın öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışdığını və Pakistan qırıcılarının alışının əsas prioritetlərdən biri olduğunu deyib.

“Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması ikitərəfli hərbi əməkdaşlıq sahəsində gündəlikdə duran əsas məsələdir”, - deyə M.Novruzov əlavə edib.

Qeyd edək ki, “Block 3” əvvəlki “JF-17”lərlə müqayisədə kabinənin elektronikasının və radar sistemlərinin modernizasiyası ilə fərqlənir.