02 noyabr 2021 22:06
864

General düşmən hədəflərini darmadağın edən lazer bombalardan danışdı - VİDEO

"Biz "Su-25"lə yeni bombalar tətbiq etdik. Xüsusən lazer yönümlü bombaları ki, bizə dəqiq zərbə endirməyə imkan verib".

“İki sahil” xəbər verir ki, bunu general-leytenant, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, "Zəfər" ordeni mükafatçısı Ramiz Tahirov İTV-yə açıqlamasında bildirib.

"Vətən Müharibəsindən qabaq deyirdilər ki, iki dəfə bomba eyni yerə düşə bilməz. Biz göstərdik ki, eyni yerə iki dəfə bomba ilə zərbə endirmək olar", - deyə Hərbi Hava Qüvvələrinin komandanı əlavə edib.