01 noyabr 2021 18:41
899

Hərbi qulluqçuların sığortası ilə bağlı qanuna dəyişiklik təklif edilir

Sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat) 15%-i qədər sığorta ödənişi veriləcək.

“İki sahil” xəbər verir ki,  bu, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyən ediləcək.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödəniləcək.