01 noyabr 2021 15:19
947

PFL həmin görüntüləri yaydı VİDEO

Peşəkar Futbol Liqası "Səbail"in legioneri Nikolas Rayselin “Sumqayıt”la Azərbaycan Premyer Liqasının IX tur oyununda (2:0) qırmızı vərəqə aldığı epizodun görüntülərini yayıb.

“İki sahil” xəbər verir ki,  həmin epizodda fransalı hücumçunun meydan sahiblərinin müdafiəçisi Höccət Haqverdinin sifətinə başla zərbə endirib.

Baş hakim Fərid Hacıyev Haqverdini qeyri-idman hərəkətinə görə sarı, Rayseli isə təcavüzkar davranışı səbəbindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.