01 noyabr 2021 12:00
851

Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı təsis edilir

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020) münasibətilə yubiley medalı təsis ediləcək.

“İki sahil” xəbər verir ki, bu, “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə medalı da təsis edilir.

Qanun layihəsi Milli Məclisə daxil olub.