21 oktyabr 2021 13:33
895

Azərbaycan Ordusu Türkiyə Ordusuna uyğunlaşdırılır

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə uyğunlaşdırılması istiqamətində növbəti addım atılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 19-da Azərbaycan Ordusunun ilk əməliyyat (komando) hərbi hissəsi istifadəyə verilib və və komandoların andiçmə mərasimi keçirilib.