15 oktyabr 2021 20:52
1019

Müdafiə Nazirliyi məlumat yaydı: Təxribatların qarşısı qətiyyətlə alınacaq

Müdafiə Nazirliyi məlumat yayıb. 

“İki sahil” xəbər verir ki, məlumatda bildirlir: "Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaqdır".