15 oktyabr 2021 02:15
820

Mark Zukerberq “WhatsApp”dakı yeniliklə bağlı paylaşım edib – FOTO

“Facebook”un təsisçisi Mark Zukerberq “WhatsApp”dakı yeniliklə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, o, bu gündən etibarən populyar mesencerdəki ehtiyat nüsxələri də mürəkkəb şifrələmə mexanizmlərilə mühafizə olunacaq.

Zukerberq şəxsi söhbətlərin təhlükəsizliyini təmin etdikləri üçün “WhatsApp” komandasıyla fəxr etdiyini bildirib.

Qeyd edək ki, “WhatsApp” və “Instagram” məhz “Facebook” şirkətinə məxsusdur.