İtaliyanın “Eni” və Misirin “Tharwa” şirkətləri arasında Aralıq dənizində neft və qaz kəşfiyyatı ilə bağlı 105 milyon dollar dəyərində müqavilə imzalanıb. Məlumatı Misirin neft və qaz naziri Tarek əl-Molla açıqlayıb.
Müqaviləyə əsasən, “Eni” və “Tharwa” növbəti altı il ərzində iki yeni quyunun qazma işlərini həyata keçirəcəklər.
“İki sahil” “egyptindependent.com” saytına istinadən xəbər verir ki, parlament müqaviləni təsdiqlədikdən dərhal sonra kəşfiyyata başlanılacaq.
Xatırladaq ki, İtaliyanın “Eni” şirkəti Misirdə Aralıq dənizində ən böyük qaz yatağı olan “Zohr” yatağının kəşfi ilə məşhurlaşıb.
Misir 2019-cu ildən qaz idxalına son qoymağa və qaza olan tələbatı yerli ehtiyat hesabına ödəməyə çalışır. Nazir 2018-2019-cu maliyyə ili ərzində ölkənin neft-qaz sektoruna 10 milyard dollar xairici investisiya cəlb etmək niyyətində olduqlarını açıqlayıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir