06 oktyabr 2021 19:10
966

İtkin düşən erməni hərbçi Ermənistana qaytarıldı

Azərbaycan Ermənistan-Azərbaycan sərhədində itkin düşmüş hərbçi Artur Borisoviç Davidyanı Ermənistana qaytarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

Qeyd edək ki, Artur Borisoviç Davidyan 22 avqust 2021-ci il tarixdə iki ölkənin dövlət sərhədi istiqamətində itkin düşmüşdü.