05 oktyabr 2021 16:05
1012

Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021”in məşqləri uğurla icra olunub FOTO

Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmi "Twitter" hesabında bildirilib.

“Türkiyə 3-cü Ordu Komandanlığı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığı hərbçilərinin iştirakı ilə keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təliminin məşqləri uğurla icra olunub”, - qeyd olunub.

Xatırladaq ki, “Sarsılmaz Qardaşlıq-2021” təlimi oktyabrın 8-nə qədər davam edəcək.