05 oktyabr 2021 12:06
870

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hülusi Akarla görüşüb.

“İki sahil” xəbər verir ki, görüş Gürcüstanın Kaxeti bölgəsində üç ölkənin müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Görüşdə müdafiə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı və regionda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.