01 oktyabr 2021 09:18
1022

Yük maşını ilə sərnişin avtobusu toqquşub - VİDEO

Braziliyanın şərqində yerləşən Baiya ştatında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər həlak olub.

Qeyd edilir ki, ağac daşıyan yük avtomobili qarşıdan gələn sərnişin avtobusu ilə toqquşub.

Ağır qəza nəticəsində 22 nəfər xəsarət alıb, onlardan altısının vəziyyəti ağırdır.

Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları onun axtarışlarına başlayıb.

Oxu.Az