01 oktyabr 2021 00:57
1419

"Qarabağ" "Omoniya"ya qalib gəldi

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu sona çatıb.

“İki sahil” xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşmada Ağdam klubu rəqibini 4:1 hesabı ilə məğlub edib.

Qolları "Qarabağ"dan Kadi Borges (52-ci, 94-cü dəqiqə), Ramil Şeydayev (73), Maksim Medvedev (79) , "Omoniya"dan isə Yan Letsayks (40) vurublar.

Görüşü şotlandiyalı FIFA referisi Bobbi Madden idarə edib.