29 sentyabr 2021 18:48
1035

Cəbrayılda daha 4 erməni hərbçinin qalıqları tapılıb

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda daha 4 erməni hərbçinin qalıqları aşkar olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1677 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.