28 sentyabr 2021 10:35
743

Qışa hazır olmayan Bakı: Sel sularına qərq olan Binəqədi

Bakıda bu gün səhər saatlarından başlayaraq yağan leysan yağışları sözün əsl mənasında həyatı iflic edib.

“İki sahil” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, Bakı nəinki qışa, hətta payızın fasiləsiz yağan yağışlarına da hazır deyil.

Belə videolardan biri də Xırdalan yolunda çəkilib. Su içində “üzən” Binəqədidə maşınlar çətinliklə hərəkət edir.

İstər-istəməz ağıllarda belə bir sual yaranır: Maşınların hərəkət etməkdə çətinlik çəkdiyi şəraitdə insanlar necə hərəkət edə bilər?

Həmin görüntüləri təqdim edirik: