21 sentyabr 2021 15:02
985

Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığımız davam edir

"Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığımız davam edir. Hətta müdafiə və müdafiə sənayesinin təşkilində daha yeni ortaqlıqların qurulması ilə bağlı əlimizdə ilkin nəticələr də var".

“İki sahil” xəbər verir ki, bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir deyib.

Onun sözlərinə görə, hələlik əldə edilən yeni nailiyyətləri açıqlamaq tezdir: "Türkiyə ilə Azərbaycan arasında xüsusilə müasir texnologiyalarla işlənib hazırlanmış elektronik cihazlar sahəsində əlaqələr daha da genişlənib".