Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri “Teknofest” texnologiya festivalında İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçirib.
“İki sahil” xəbər verir ki, uçuşda 15 təyyarə iştirak edib.
Türkiyə Hərbi Hava Qüvvələri donanmasında F-16, F-4 və Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri uçuşda iştirak edib.
Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.