Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər.
Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdi.